“Nəticəni bir səhv həll etdi” – Füzuli Məmmədov

“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları deyib:

“Məğlubiyyət bizi məyus etdi. Halbuki yaxşı oynayırdıq, nəzarət bizim əlimizdə idi. Kobud səhvlər bağışlanılmır. Oyunun nəticəsini bir səhv həll etdi. Futbolçuların mübarizə əzmindən razı qaldım. Bu cür səhv Stankoviç kimi futbolçuya təsir edə bilər. Mən ona dəstək oldum, çünki Voyislav keyfiyyətli oyunçudur. Ümumi götürsək, bu mövsüm yalnız “Sumqayıt”la qarşılaşmanı zəif keçirmişik. Növbəti matçlarda daha çox xallar toplamağa çalışacağıq”.

Məmmədov komandasının hücum xəttində problem yaşamadığını bildirib: “Sadəcə, bu gün “Zirə” müdafiədə sayıq oynadı. Belədə qol vurmaq çətin olur. Bu gün pis oynamadıq. Ancaq qol vurmadan qələbə qazanmağın mümkün deyil”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button