Nəhayət, “Neftçi” yola düşdü

“Neftçi” klubunun “Arsenal”la Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu üçün Rusiyaya təyin olunan vaxtda yollana bilmədiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, AZAL-a məxsus təyyarənin uçuşu 5,5 saatlıq ləngimədən sonra yola düşüb.

Bakı – Moskva reysi ilə saat 06:50-də uçmalı olan təyyarədə texniki problem aşkarlandığı üçün uçuş ləngimişdi (Report).

“Arsenal” – “Neftçi” matçı sabah, saat 21:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button