Nəbiyevin qolu “Slaviya”ya bəs etmədi

Azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” Çexiyanın gənclər liqasında növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, sözügedən komanda 14-cü tur çərçivəsində səfərdə “Viktoriya” (Plzen) ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.

Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının ilk qolunu da 32-ci dəqiqədə Nəbiyev rəqib qapısından keçirib. Bununla da o, cari mövsümdə vurduğu qolların sayını 6-ya çatdırıb.

“Slaviya”nın U-21 komandası 14 turdan sonra 21 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button