“Nə vaxt və necə olacağını bilmirəm, amma futbola qayıdacam” – Platini

UEFA-nın keçmiş prezidenti Mişel Platini müsahibə verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, sabiq prezident, verdiyi müsahibədə futbola qayıtmaq niyyətində olduğunu deyib:

“Nə vaxt və necə olacağını bilmirəm, amma futbola qayıdacam. Bəziləri məni uzaqlaşdırsalar da, mən heç vaxt burdan kənarda qalmadım. Fransa və İsveçrə prokrorluğundakı insanların qurduqları planın qurbanı oldum. Aralarında bir razılaşma olmuşdu, məqsəd isə məni uzaqlaşdırmaq idi. Amma bu məsələdə İsveçrə hökumətini günahlandırmıram. Həyatımın son 20 ilinə aid kitab nəşr etdirib, bütün həqiqətləri orda yazacam”.

Platini futbol üzrə DÇ-2022-nin keçirilməsi yerinin seçkiləri zamanı korrupsiya işi üzrə saxlanılmışdı. Onun oktyabrın əvvəlinədək futbol sahəsindəki fəaliyyətinə məhdudiyyət qoyulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button