Nəbiyevli “Viktoriya” “Libereç”lə bacarmadı

Çexiyanın “Viktoriya” (Jijkov) komandası yoxlama oyununda qüvvəsini sınayıb.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi Jijkov təmsilçisi elitada mübarizə aparan “Libereç”lə qarşılaşıb.

Beş qolun qeydə alındığı matç “Viktoriya”nın məğlubiyyəti ilə başa çatıb – 1:4.

Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. Əvəzedici komandanın üzvü olan Samir isə bu qarşılaşmada forma geyinməyib.