Nəbiyevli “Viktoriya” doğma meydanda məğlub oldu

Futbol üzrə Çexiya 2-ci divizionunda 13-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Xrudim”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Fərid də bu görüşün iştirakçısı olub. O, 55-ci dəqiqədə meydana buraxılıb. Bu mövsüm bir qol vurmuş futbolçumuz bu dəfə fərqlənə bilməyib.

13 turdan sonra 19 xala malik “Viktoriya” 6-cı pillədə qərarlaşıb.