Nəbiyevin komandası darmadağınla üzləşdi

Çexiyanın futbol üzrə gənclər liqasında əsas mərhələnin 3-cü turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Pribram”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Nəbiyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

“Slaviya”nın U-21 komandası hazırda 4 xalla 10 komanda arasında 4-cü pillədə qərarlaşıb.