Nəbiyev “Viktoriya”da ilk rəsmi qolunu vurdu

Futbol üzrə Çexiya 2-ci divizionunda 21-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Lisen”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının ilk qolunu da 35-ci dəqiqəqə Nəbiyev vurub. Bununla da o, sözügedən çempionatda ilk rəsmi qoluna imza atıb. Əvəzedici komandanın üzvü olan Samir isə bu görüşün iştirakçısı olmayıb.

“Viktoriya” hazırda 38 xalla 16 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.