MY yenidən onun üçün hərəkətə keçir

Fransanın “Lion” klubunun futbolçusu Mussa Dembele karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu yenidən “Mançester Yunayted”in hədəfindədir. Yay transfer pəncərəsi dövründə Dembeleni transfer etmək istəyən “qırmızı şeytanlar”, fransalı futbolçunun keçidini qış fasiləsində həll etmək niyyətindədir. Klubun skautlarının “Lion”un Liqa 1-in son turunda “Sent-Etyen”lə keçirdiyi oyunu (0:1) izlədiyi bildirilir. Mançester klubunun “Lion”a yanvar ayında rəsmi təklif göndərəcəyi gözlənilir.

2018-ci ildən Fransa klubunun şərəfini qoruyan Dembele, cari mövsümdə iştirak etdiyi 10 oyunda 6 qolla yadda qalıb. Onu klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button