“Burda vuracağım hər qolu ona həsr edəcəm” – “Mançester Yunayted”in yeni transferi

“Mançester Yunayted”in Çinin “Şanxay Şenxua” klubundan icarəyə götürdüyü Odion İqalo bu keçidi ilə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı hücumçu, “qırmızı şeytanlar”a bacısına görə transfer olunduğunu bildirib:

“Bacım “Mançester Yunayted”in azarkeşi idi. Hamımız bu klubun oyunlarınızı izləyərək böyümüşük və onları dəstəkləmişik. Marinin həyat yoldaşı “Çelsi” azarkeşi idi, övladları isə “Liverpul” və “Mançester Siti”ni dəstəkləyirdi. Amma Mari həmişə “Mançester Yunayted”ə sadiq qaldı. O, hər zaman bu komandada oynamağımı istəyirdi. “Uotford”dan ayrılanda, sevdiyi klubun məni transfer edəcəyinə ümid edirdi. Bacımın bu arzusunu o, dünyadan köçdükdən sonra gerçəkləşdirmək mənim üçün ağırdır. Burda vuracağım hər qolu ona həsr edəcəm”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button