“Qırmızı şeytanlar” üçün əlamətdar qələbə

“Mançester Yunayted” UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində səfərdə PSJ-yə 2:1 hesabı ilə qalib gəlib.

Komanda.az xəbər verir ki, bu qələbə “qırmızı şeytanlar” üçün əlamətdar olub. Belə ki, komanda bu qələbə sayəsində bütün turnirlər daxil olmaqla, ardıcıl qalib gəldiyi səfər oyunlarının sayını 10-a çatdırıb. MY tarixində ilk dəfə olaraq ardıcıl 10 səfər matçından qalib ayrılır.