“Mançester Yunayted” Sulşeri onunla əvəzləyəcək?

İngiltərənin “Mançester Yunayted” klubunda baş məşqçi dəyişikliyi reallaşa bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın mövsümün qalan hissəsindəki nəticələri yaxşılaşmayacağı halda, klub rəhbərliyi baş məşqçisi Ole-Qunnar Sulşerlə yollarını ayıracaq. Klub norveçli mütəxəssisi əvəzləyəcək əsas namizədi də müəyyənləşdirib. Sulşerin istefaya göndəriləcəyi halda, komandanın “sükanı arxasına” İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt keçə bilər. Bu təyinat AÇ-2020-nin finalından sonra baş tuta bilər.

Cari mövsümdə Premyer Liqada keçirdiyi 24 turdan sonra 34 xal toplayan “Mançester Yunayted” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button