MY “Real”ın hədəfində olan futbolçuya qiymət qoydu

“Mançester Yunayted” “Real”ın heyətinə qatmaq istədiyi futbolçunun transfer qiymətini müəyyənləşdirib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar”, “kral klubu”nun hədəfində olan Pol Poqba üçün 170 milyon avro istəyir.

Madrid təmsilçisinin fransalı yarımmüdafiəçi üçün 150 milyon avronu gözdən çıxardığı, eyni zamanda ilk təklifin yaxın günlərdə ediləcəyi bildirilir.

2016-cı ildən “Mançester Yunayted”in şərəfini qoruyan 26 yaşlı futbolçu, son mövsümdə iştirak etdiyi 47 oyunda 16 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button