“Mançester Yunayted” onu 100 milyon avroya satmaq istəyir

İngiltərənin “Mançester Yunayted” klubu yarımmüdafiəçisi Pol Poqbanın transfer qiymətini müəyyənləşdirib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, fransalı futbolçu cari mövsümün sonunda “qırmızı şeytanlar”dan ayrılmaq niyyətindədir. “Mançester Yunayted” futbolçunun qalmasında maraqlı olsa da, son zamanlar yaşadığı zədə səbəbiylə onu satmaq qərarına gəlib. Mançester klubu 26 yaşlı futbolçunu yayda 100 milyon avro qarşılığında satmağı düşünür. Poqbanın adı “Yuventus” və “Real”la yanaşı çəkilir. Amma Turin klubunun yarımmüdafiəçi üçün bu məbləği ödəmək fikrində olmadığı bildirilir.

2016-cı ildən “Mançester Yunayted”də çıxış edən futbolçunun klubla müqaviləsi 2021-ci ilin iyulunadək nəzərdə tutlub. O, cari mövsümdə cəmi 8 oyunda iştirak edib.