“Mançester Yunayted”də 3 itki

İngiltərənin “Mançester Yunayted” klubu ciddi itki ilə üzləşib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın yarımmüdafiəçisi Pol Poqba sıradan çıxıb. Bu səbəblə, o, komandanın dünən İngiltərə kuboku çərçivəsində keçirilən “Uotford”la oyununu (1:0) buraxıb. Fransalı futbolçunun yaşıl meydana nə zaman qayıdacağı açıqlanmır.

Poqbayla yanaşı, Viktor Lindelöf və Luk Şou da zədə səbəbiylə sözügedən oyunu buraxıb.