“Mançester Yunayted”in planı: Sulşeri göndərir, onu gətirir

İngiltərənin “Mançester Yunayted” klubunda baş məşqçi dəyişikliyi baş verə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi klub üçün yeni fəaliyyət planı hazırlamaq istəyir. Məlumata görə, komandanın Premyer Liqanın son turunda “Tottenhem”ə məğlubiyyəti (1:6) baş məşqçi Ole-Qunnar Sulşerin klubdakı taleyini sual altına salıb. Klub rəhbərliyinin hazırda işsiz olan Maurisio Poçettino ilə təmasa keçdiyi bildirilir. Məlumata görə, argentinalı mütəxəssis “Mançester Yunayted”də çalışmağa müsbət yanaşır.

Poçettinonun son iş yeri “Tottenhem” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button