“Mançester Yunayted”in müdafiəçisi koronavirusa yoluxub

“Mançester Yunayted”in müdafiəçisi Aleks Telles koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın baş məşqçisi Ole-Qunnar Sulşer məlumat verib:

“Aleks bir müddət oyunlardan kənarda qalacaq. Onun testində koronavirus aşkarlanıb. Xəstəliyin əlamətləri yoxdur, o, yaxşıdır. Onun geri qayıtmasını səbirsizliklə gözləyirik”.