Maquayrın milliyə qayıdacağı vaxt məlum oldu

“Mançester Yunayted”in futbolçusu Harri Maquayrın İngiltərə millisinin heyətindən uzaqlaşdırıldığını xəbər vermişdik.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi milliyə oktyabr ayında qayıda biləcək. Yığmanın baş məşqçisi Qaret Sautqeyt sentyabr ayındakı oyunlardan uzaqlaşdırmağın Maquayr üçün yetərli cəza olduğunu düşünür. O, millinin heyətində İslandiya və Danimarka ilə oyunlarda iştirak etməyəcək.

“Mançester Yunayted”in kapitanı olan Maquayr gecə klubundakı münaqişədən sonra polisə hücum etdiyi üçün saxlanılmış, daha sonra sərbəst buraxılmışdı. O, bu səbəblə millidən uzaqlaşdırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button