“Latsio”nun prezidentindən MY-nin istədiyi futbolçuyla bağlı açıqlama

“Mançester Yunayted”in “Latsio”nun futbolçusu Sergey Milinkoviç-Saviçi heyətinə qatmağa hazırlaşdığını xəbər vermişdik.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Latsio”nun prezidenti Klaudio Lotito, 24 yaşlı futbolçunun başqa kluba getmək ehtimalını yüksək dəyərləndirib:

“Daha əvvəl də demişdim, onu klubda saxlamağın nə qədər çətin olduğunun fərqi yoxdur. Artıq transfer təkliflərinə, şərtlərin necə olacağına baxacağıq.

Klub olaraq onunla münasibətlərimiz yaxşıdır və o, hazırda bizimlədir. Rəsmi təklif olacağı halda, həm klubun, həm də futbolçunun maraqları nəzərə alınacaq”.

“Qırmızı şeytanlar”ın serbiyalı futbolçu üçün “Latsio”ya 75 milyon+15 milyon avro (bonuslar) təklif etdiyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button