“Mançester Yunayted”in futbolçusundan 57 min avroluq dəstək

“Mançester Yunayted” klubunun hücumçusu Markus Reşford xeyirxah addımla yadda qalıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu koronavirusla mübarizəyə dəstək olub. O, koronavirus səbəbiylə ehtiyacı olan uşaqları qidayla təmin etmək üçün 57 min avro bağışlayıb.

Reşford daha əvvəl xeyriyyə cəmiyyətlərinin birinə 20 milyon avro toplanması üçün maddi yardım etmişdi.