MY-nin futbolçusu rəsmən “Milan”da

“Milan” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin “Mançester Yunayted” klubunun müdafiəçisi Dioqo Dalotu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçu mövsümün sonuna kimi icarəyə götürülüb. Portuqal müdafiəçi yeni komandasında “5” nömrəli formanı geyinəcək.

Dalotun “Mançester Yunayted”lə müqaviləsi 2023-cü ilə qədərdir. O, geridə qalan mövsümdə “qırmızı şeytanlar”ın heyətində 11 oyuna çıxıb, 1 qol vurub.