MY-nin futbolçusu rəsmən “İnter”də

İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Milan təmsilçisi “Mançester Yunayted”in futbolçusu Eşli Yanqı transfer edib.

Bu barədə A Seriyası nəhənginin rəsmi saytı məlumat yayıb. 34 yaşlı yarımmüdafiəçi satınalma şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb.

Britaniya mətbuatının yazdığına görə, “İnter” ingilis futbolçu üçün “qırmızı şeytanlar”a 1,5 milyon avro ödəyəcək.

2011-ci ildən “Mançester Yunayted”in şərəfini qoruyan ingiltərəli futbolçunun klubla müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub. O, cari mövsümdə iştirak etdiyi 18 oyunda bir qol, bir məhsuldar ötürməylə yadda qalıb.