Poqba üçün Fransadan “elçi”

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba karyerasını Fransada davam etdirə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, PSJ 27 yaşlı futbolçunun xidmətində maraqlıdır. Paris klubunun yeni baş məşqçisi Maurisio Poçettino Poqbanın oyunu ilə komandaya fayda verəcəyini düşünür və bu keçiddə israrlıdır. Məlumata görə, fransalı futbolçu PSJ-nin yay transfer pəncərəsi üçün əsas hədəfidir.

Poqbanın “Mançester Yunayted”lə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. Onun komandadan ayrılmaq istədiyi bildirilir. Poqbayla “Yuventus”un da maraqlandığı iddiaları var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button