MY istəyir, Zidan buraxmır

“Real”ın baş məşqçisi Zinəddin Zidan adı “Mançester Yunayted”lə hallanan Rafael Varanın komandadakı gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı mütəxəssis, Varanın “kral klubu”nda qalacağını bildirib:

“Onu satmaq istəmirik və bu, təkcə mənim mövqeyim deyil. Varan bu klubun bir parçasıdır. Onu kluba gətirdiyimiz üçün xoşbəxtik. Onun əla karyerası var və “Real”a gələndən bəri çox şey bacardı. Varanla bağlı həm mənim, həm də klubun mövqeyi aydındır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button