MY ispaniyalı futbolçusu ilə müqaviləni yenilədi

İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Xuan Mata ilə yeni sözləşmə imzalayıb.

Komanda.az xəbər verir ki, köhnə anlaşması iyunun 30-na qədər olan ispaniyalı futbolçu “qırmızı şeytanlar”la yeni – 2+1 illik müqavilə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

2014-cü ildən “Mançester Yunayted”də forma geyinən Mata, son mövsümdə 32 oyuna çıxıb, 6 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button