“Mançester Yunayted”i niyə seçmədin” sualına cavab: “Bu, gülməli sualdır”

Bir müddət əvvəl “Zalsburq”dan “Borussiya”ya (Dortmund) transfer olunan Erlinq Haland açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Mançester Yunayted”in də hədəfində olan futbolçu, “qırmızı şeytanlar”ı niyə seçmədiyi ilə bağlı suala belə cavab verib:

“Bu, gülməli sualdır. Özümü burda yaxşı hiss edəcəyimi düşündüyüm üçün “Borussiya”nı seçdim. “Borussiya” böyük bir klubdur, buranı sevirəm. Bu komanda haqqında danışarkən, gülümsəyirəm, bu, ən yaxşı səbəbdir. Burda hər şey xoşuma gəlir. Bundesliqa çox yaxşı futbolçuların mübarizə apardığı çempionatdır. Düşünürəm ki, bu çempionatda iştirak etmək mənə uyğundur”.