MY-dən “Real”ın futbolçusu üçün 75 milyon avro

İngiltərənin “Mançester Yunayted” klubu Madrid “Real”ının yarımmüdafiəçisi Toni Kroosu transfer etmək istəyir.

Komanda.az “Bild”ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Almaniya yığmasının üzvü üçün 75 milyon avro təklif edir.

Tərəflər razılığa gələ bilsə, transferin qışda reallaşması gözlənilir.

“Bavariya”nın yetirməsi olan Kroos “Real”a 2014-cü ildə transfer olunub. 2009/10 mövsümündə “Bayer”də də icarədə oynamış yarımmüdafiəçi, Almaniya yığmasında 94 oyuna 15 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button