MY-dən “İnter”ə “yox” cavabı – 90 milyon avro tələb edir

“Mançester Yunayted” xeyli müddətdir “İnter”in hədəfində olan Romelu Lukakunun transfer qiymətini müəyyənləşdirib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” “İnter”in belçikalı hücumçu üçün etdiyi 35 milyon avro+İvan Perişiç təklifini rədd edib. “Mançester Yunayted”in Lukakunu 90 milyon avrodan az qiymətə satmayacağı bildirilir.

Bir neçə gün əvvəl “neradzurra”nın Lukakuya ildə 7,5 milyon avro olmaqla, 5 illik müqavilə təklif etdiyi və tərəflər arasında şifahi razılığın əldə olunduğu ilə bağlı xəbərlər yayılmışdı.

Bu mövsüm “Mançester Yunayted”in heyətində 45 oyunda iştirak edən Lukaku, bu matçlarda 15 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button