MY-dən De Xea ilə 5 illik müqavilə – RƏSMİ

İngiltərənin “Mançester Yunayted” klubu qapıçısı David De Xea ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, 28 yaşlı ispaniyalı qolkiperlə yeni müqavilənin müddəti 2023-cü ilin yayına qədərdi. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumata görə, klub 2023-cü ildə müqavilənin müddətini daha bir il artırmaq şansına da malik olacaq.

Britaniya mətbuatının məlumatına görə, De Xea yeni müqaviləyə əsasən həftəsinə 375 min funt-sterlinq qazanacaq.

2011-ci ildən “Mançester Yunayted”də çıxış edən İspaniya yığmasının üzvü bu komandada 367 oyuna çıxıb. O, bu klubla Premyer Liqanın, Federasiya və Liqa Kubokunun, həmçinin Avropa Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button