Onun “Mançester Yunayted”ə keçidi Çempionlar Liqasından asılıdır

“Mançester Yunayted”in “Borussiya”nın (Dortmund) futbolçusu Ceydon Sançonu heyətinə qatmaq istədiyini xəbər vermişdik.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın 20 yaşlı fubolçunu transfer etmələri klubun mövsümün sonundakı nəticəsindən asılı olacaq. Belə ki, cari mövsümün nəticələrinə əsasən, komanda Çempionlar Liqasına vəsiqə qazansa, onda klub Sanço üçün qarşı tərəfə tələb olunan 120 milyon avroluq təklif edəcək. Klub Avropa Liqasına vəsiqə qazanacağı halda isə transferin reallaşması xeyli çətinləşəcək.

Sançonun “Borussiya” ilə müqaviləsi 2022-ci ilin iyununda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button