“Hər zaman demişəm ki, Luis Enrike milliyə qayıtmaq istəsə…”

Bir müddət əvvəl İspaniya millisinin baş məşqçi vəzifəsindən istefaya göndərilən Roberto Moreno açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis, məsələylə bağlı bunları deyib:

“Son günlər baş verən hadisələrdən sonra millidə mənə dəstək olan hər kəsə təşəkkür etmək istəyirəm. Bir neçə ay əvvəl pis vəziyyətdə qalan İspaniya millisini çalışdırmalı oldum. Artıq AÇ-2020-də seçmə mərhələni başa vurduq, qrupda qazandığımız böyük üstünlüklə, final mərhələsinə vəsiqə qazandıq. Çox istəyərdim ki, belə hallar yaşanmasın, amma bu vəziyyətə uyğunlaşmalıyıq. Müzakirələri davam etdirsək, bu, tərəflərin bəhanələrinin davam etməsinə səbəb olacaq. Bunu etməyəcəm, çünki vicdanım təmizdir. Hər kəsi məmnun etmək mümkün deyil, amma hər kəsin fikrinə hörmətlə yanaşıram. Öz sözümün üzərində dururam, hər zaman demişəm ki, Luis Enrike milliyə qayıtmaq istəsə, ona mane olmayacam. Baxmayaraq ki, bu, mənim komandadan ayrılmağım mənasına gəlir. Ona uğurlar aruzlayıram, onun sevinci həm də bizim sevincimizdir”.

Moreno istefaya göndərildikdən sonra Luis Enrike yenidən millinin “sükanı arxasına” keçib.