Mustafayev erməniyə qalib gəldi – Avropa çempionatda

İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə Avropa çempionatında sərbəst güləşçilərimiz mübarizəyə başlayıb.

Komanda.az xəbər verir ki, Ağahüseyn Mustafayev da çempionatda ilk görüşünü keçirib. 70 kq çəki dərəcəsində mübarizə aparan idmançımız təsnifat mərhələsində Ermənistan təmsilçisi Gevorq Mxeyanla üz-üzə gəlib.

İlk hissə rəqibin 8:1 hesablı qələbəsiylə bitib. Mustafayev ikinci yarıda əzmkarlıq göstərərək, 15:8 hesabı ilə qələbə qazanıb və 1/8 finala yüksəlib. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button