Müqaviləsinin müddətini azarkeşlər uzatdı

Şotlandiyanın “Livinqston” klubunun müqaviləsinin müddəti başa çatan qapıçısı Qari Meylinin komandadakı aqibətinə aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, 37 yaşlı qolkiper komandada qalacaq.

Onunla yeni müqavilə bağlanmasını isə azarkeşlər istəyiblər. Belə ki, klub sosial şəbəkə hesabında məlumat paylaşaraq, tərəfdarlardan Meylinin komandadan qalmasına, yaxud qalmamasına səs vermələrini istəyib.

Sorğuda 200 mindən çox azarkeş iştirak edib. Onların böyük bir hissəsi (70.4 faizi) Meylinin komandada qalmasına səs verib. Yalnız 29.6 faiz təcrübəli qolkiperin “Livinqston”a lazım olmadığı qənaətindədi. Klub rəhbərliyi də böyük əksəriyyətin istəyinə uyğun olaraq, qolkiperlə 1 illik müqavilə bağlamağa qərar verib. Hətta bunun üçün imza mərasimi də təşkil olunub.