“Müqaviləm birdən-birə ləğv olundu” – Remzi

“Nitsa”nın yarımmüdafiəçisi Aaron Remzi 2019-cu ildə “Arsenal”dan azad agent kimi necə ayrıldığını açıqlayıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, hər şeyin birdən-birə baş verdiyini deyib:

“Hər şey belə oldu. “Arsenal”da mənə təklif olunan müqavilə ilə razılaşdım. Bir neçə həftə sakitçilik oldu. Sonra müqaviləm birdən-birə ləğv olundu. Beləliklə, imzalanacaq heç bir şey qalmadı”.

31 yaşlı uelsli futbolçu avqustun 1-də “Nitsa” ilə 1 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin