Mamadu Kane “Neftçi”ni tərk edə bilər

Müqavilə ilə Yunanıstanın “Olimpiakos” klubuna məxsus olan, icarə əsasında “Neftçi”dən çıxış edən Mame Kane Azərbaycanı tərk edə bilər.

Komanda.az xəbər verir ki, “Olimpiakos” 25 yaşlı yarımmüdafiəçini Yunanıstanın bir klubuna icarəyə vermək istəyir. Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

“Olimpiakos” futbolçunu daha yaxından izləmək üçün onu yerli klublardan birinə icarəyə vermək niyyətindədir.

Kanenin “Neftçi” ilə icarə müqaviləsi mövsümün sonuna qədər olsa da, “Olimpiakos” futbolçunu qışda geri qaytarmaq hüququna malikdir.