İkardi gələcəyiylə bağlı qərarını verdi

Müqavilə ilə “İnter”ə məxsus olan, icarə əsasında PSJ-də çıxış edən Mauro İkardi yayda İtaliyaya qayıdacaq.

Komanda.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Xəbərdə, argentinalı futbolçunun həyat yoldaşı və meneceri Vanda Nara ilə birlikdə bu qərara gəldikləri və bununla bağlı PSJ-nin idman direktoru Leonardo ilə görüşdükləri bildirilib. PSJ rəhbərliyi İkardi üçün “İnter”lə danışıqlar aparmayacaq.

Mövsümün əvvəlində icarə əsasında PSJ-yə keçən İkardi, parislilərlə 31 oyunda 20 qol vurub.