“Mükəmməl mövsüm keçirdik” – Zidan

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Mançester Siti”yə 1:2 hesabı ilə məğlub olan “Real”ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı mütəxəssis, turnirdə mübarizəni dayandırmaları ilə bağlı danışıb:

“Xoşbəxt ola bilmərik, çünki məğlub olduq. Bacara bilmədik, amma mövsüm ərzində qazandıqlarımızdan qürur duymalıyıq. Güclü komandaya qarşı iki oyunda məğlub olduq və bunu qəbul etməliyik. Bu mövsüm etdiklərimizin 95 faizi mükəmməl alınıb. Mükəmməl mövsüm keçirdik.

İkinci hissədə qol vurmaq fürsətimiz daha çox oldu, amma bacarmadıq. Bütün mövsüm boyunca etdiyi hər şey üçün komandama təşəkkür edirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button