“Müdafiə velosiped sürməyə bənzəmir, hər zaman üzərində çalışmaq lazımdır” – Klopp

İngiltərə Premyer Liqasının ilk turu çərçivəsində “Lids”ə 4:3 hesabı ilə qalib gələn “Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, alman mütəxəssis, çətin qazanılan qələbəni belə şərh edib:

“Mövsümün necə çətin keçəcəyini bu oyundan əvvəl anlayırdıq. Rəqibin bizə problem yaradacağını bilirdim. Onların oyun üslubu, müdafiə olunması çox yaxşı idi, biz də belə vəziyyətdə yaxşı oynadıq. Daha çox qol vura bilərdik, vurmalı idik, çünki bunun üçün şanslarımız oldu. Komandamın oyuna yanaşmasını bəyəndim. Səhvlərimiz, müdafiədə yaxşılaşdırmağımız lazım olan nüanslar var, onların üzərində çalışacağıq və inkişaf edəcəyik. Müdafiə velosiped sürməyə bənzəmir, hər zaman üzərində çalışmaq lazımdır.

Məhəmməd Salah çox xüsusi futbolçudur, bu gün çox gözəl nümunə oldu. Bu oyunda üç qol vurdu, göstərdiyi oyun mükəmməl idi. Bu, Salahın komandamızda göstərdiyi ən yaxşı oyunlardan biri idi. O, bununla qürur duymalıdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button