Mübarizə hələ qabaqdadır – Kasilyas

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Roma”ya 1:2 hesabı ilə məğlub olan “Portu”nun qapıçısı İker Kasilyas, matçdan sonra açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan qapıçı əsas mübarizənin cavab oyununda olacağını deyib:

“Bu oyunda məğlub olmaq istəmirdik. Bərabər səviyyəli oyunun keçdiyini düşünürəm. İkinci hissədə sürətli hücumlardan çəkinirdik, bunun üçün hazır deyildik.

Rəqibin üstünlüyü olmasına baxmayaraq, bütün mübarizə hələ qabaqdadır. “Roma”nın böyük futbolçuları, azarkeş ordusu var. Buna görə də, bu gün diqqətli oynadıq. Ev oyunumuzda daha yaxşı oynayıb, təhlükəli epizodlar yaratmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button