“Mançester Siti” yeni müqaviləyə hazırlaşır

İngiltərənin “Mançester Siti” klubu yarımmüdafiəçisi ilə yeni müqavilə imzalamaq niyyətindədir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “şəhərlilər” Fil Fodenin müqavilə müddətini artırmağa hazırlaşır. Məlumata görə, klub rəhbərliyi müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulan futbolçuyla yeni – uzunmüddətli sözləşməyə imza atmaq istəyir. Bu müqavilə ilə futbolçunun məvacibi də artacaq. “Mançester Siti” hazırda həftədə 30 min funt-sterlinq qazanan futbolçunun məvacibini 150 min funt-sterlinqə qədər artırmağı planlaşdırır.

Tərəflər arasında danışıqların başladığı bildirilir.

İngiltərəli futbolçu 2017-ci ilin yayından “Mançester Siti”nin əsas komandasında forma geyinir.