Harri Keyn daha bir nəhəng klubun hədəfində

“Tottenhem”dən ayrılmaq istəyən Harri Keyn daha bir klubun maraq dairəsindədir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Mançester Siti” 26 yaşlı hücumçunu heyətinə qatmaq niyyətindədir. “Şəhərlilər” növbəti mövsüm üçün formalaşdırmaq istədikləri heyətdə Keynin də yer almasını hədəfləyirlər.

London klubu hücumçunun təzminat məbləğini 150 milyon funt-sterlinq olaraq müəyyənləşdirib.

Keynin adı “Mançester Yunayted”lə də yanaşı çəkilir.

“Tottenhem”in yetirməsi olan Keynin müqaviləsi 2024-cü ilin yayına qədərdir.