“Mançester Siti” Saneni verəcək, onu alacaq

İngiltərənin “Mançester Siti” klubu “Bavariya”ya keçəcəyi deyilən Leroy Sanenin əvəzləyicisini tapıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Bavariya”nın yarımmüdafiəçisi Kinqsli Koman karyerasını “şəhərlilər”də davam etdirə bilər. Münhen klubu Saneni transfer edəcəyi halda, MS də 23 yaşlı futbolçunu heyətinə qatacaq.

Uzun müddətdir “Bavariya”nın transfer hədəfində olan Sanenin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2021-ci ilədək nəzərdə tutulur.

2017-ci ildən “Bavariya”nın şərəfini qoruyan Koman isə müqaviləylə 2023-cü ilədək Münhen klubuna məxsusdur. Fransalı futbolçu, cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla iştirak etdiyi 16 oyunda 3 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button