Sanenin əvəzinə yamaykalı futbolçu

“Mançester Siti” “Bavariya”ya transfer olunacağı gözlənilən Leroy Sanenin əvəzləyicisini tapıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “şəhərlilər” “Bayer”in futbolçusu Leon Beylini heyətinə qata bilər. İngilislər iki mövsümdür yaxından izlədikləri cinah futbolçusunu yayda komandadan ayrılması gözlənilən Sanenin yerinə transfer edə bilər.

Yamaykalı futbolçunun “Bayer”lə müqaviləsi 2023-cü ilin iyununda başa çatır. Onun transfer qiyməti 44,5 milyon avro olaraq müəyyənləşdirilib.