Qvardiola üçün 120 milyon avroluq büdcə

İngiltərə Premyer Liqasının son turunda “Liverpul”a məğlub olan (1:3) “Mançester Siti” transferlər üçün hərəkətə keçir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu məğlubiyyətlə çempionluq yolunda ciddi zərbə alan “şəhərlilər”in rəhbərliyi, qış fasiləsində heyəti gücləndirmək fikrindədir. Klub rəhbərliyinin qış fasiləsində ediləcək transferlər üçün baş məşqçi Pep Qvardiolaya 120 milyon avroluq büdcə ayırdığı bildirilir.

“Mançester Siti”nin əsas hədəfinin müdafiəçi və cari mövsümün sonunda klubla müqaviləsi bitəcək David Silvanın mövqeyinə futbolçu cəlb etmək olduğu deyilir.

Qvardiola bir müddət əvvəl verdiyi açıqlamada, transferə ehtiyac olmadığını və qış fasiləsində heyətə yeni futbolçu cəlb etməyəcəklərini bildirmişdi.

Premyer Liqada keçirdiyi 12 turdan sonra 25 xal toplayan “Mançester Siti”, turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və lider “Liverpul”dan 9 xal geridədir.