“Mançester Siti” onun transferini həll etdi

“Mançester Siti”nin “Benfika”nın futbolçusu Ruben Diaşı heyətinə qatmaq istədiyini xəbər vermişdik.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, tərəflər 23 yaşlı futbolçunun transferi ilə bağlı razılığa gəliblər. Mərkəz müdafiəçisinin yaxın günlərdə “şəhərlilər” üçün tibbi müayinədən keçəcəyi bildirilir. Onun Premyer Liqa klubu ilə 5 illik müqaviləyə imza atması gözlənilir.

Bu keçid “Mançester Siti”yə 55 milyon avroya başa gələcək.           

“Benfika” ilə 2024-cü ilin yayına qədər müqaviləsi olan Diaş, bu mövsüm iki oyuna çıxıb.