“Mançester Siti”dən darmadağın

Futbol üzrə İngiltərə Premyer Liqasında 36-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, lider “Mançester Siti” bu turda “Nyukasl”la qarşılaşıb və 5 cavabsız qolla qalib gəlib.

“Mançester Siti” ilə çempionluq mübarizəsi aparan “Liverpul” isə “Tottenhem”i qəbul edib. Bu qarşılaşmada hərəyə 1 qol vuran komandalar 1 xalla kifayətləniblər.

Mövsümün uğursuzlarından olan “Mançester Yunayted” bu turda “Brayton”la üz-üzə gəlib və darmadağına üzülüb.

İngiltərə Premyer Liqası, 36-cı tur

7 may

Bernli – Aston Villa 1:3
Qol
: Korne, 90+1 – İnqs, 7. Buendiya, 31. Uotkins, 52.

Brentford – Sauthempton 3:0
Qol
: Yansson, 13. Vissa, 14. Ayer, 79.

Kristal Palas – Uotford 1:0
Qol
: Zaha, 31-pen.

Çelsi – Vulverhempton 2:2
Qol
: Lukaku, 56-pen; 58 – Trinkao, 79. Koadi, 90+7.

Brayton – Mançester Yunayted 4:0
Qol
: Kaysedo, 15. Kukurella, 49. Qross, 57. Trossar, 60.

Liverpul – Tottenhem 1:1
Qol
: L.Dias, 74 – Son, 56.

8 may

Arsenal – Lids 2:1
Qol
: Nketiah, 5; 10 – Lyorente, 66.

Lester – Everton 1:2
Qol
: Daka, 11 – Mikolenko, 6. Holqeyt, 30.

Norviç – Vest Hem 0:4
Qol
: Benrahma, 12; 45+3. Antonio, 30. Lanzini, 65-pen.

Mançester Siti – Nyukasl 5:0
Qol
: Sterlinq, 19; 90+3. Laport, 38. Rodri, 61. Foden, 90.

Bombardir: Məhəmməd Salah (Liverpul) – 22 qol.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button