“Mançester Siti”nin iki hədəfi

İngiltərənin “Mançester Siti” klubunun yay transfer dövrü üçün hədəfləri bəlli olub.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “şəhərlilər” mövsümün sonunda hücum xəttini gücləndirmək niyyətindədir. Məlumata görə, “Mançester Siti”in əsas hədəfi “İnter”dən Romelu Lukaku və “Borussiya”dan (Dortmund) Erlinq Halanddır.

Yay transferləri üçün MS-nin baş məşqçisi Pep Qvardiolaya 250 milyon avroya yaxın büdcə ayrılacaq.