“Paris mənim şəhərimdir”

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Riyad Mahrez komandadan ayrıla bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu Fransanın PSJ və ya “Marsel” klublarında oynamağı istisna etməyib:

“Kiçik yaşlarımda “Marsel”ə azarkeşlik edirdim. 2014/15-ci il mövsümündə “Marsel”ə transfer oluna bilərdim. İndi də orda oynamaq şansım var. Nə olacağını bilmirəm. Digər tərəfdə isə PSJ var. Düzdür, indi “Mançester Siti” ilə müqaviləm var, burda yaxşıyam. Amma Paris mənim şəhərimdir. Orda doğulub böyümüşəm. Heç bir qapını bağlamıram”.

2018-cı ildən “şəhərlilər”in şərəfini qoruyan futbolçunun klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button