Rəsmi: “Mançester Siti”dən ayrılacağını açıqladı

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu David Silva gələcək karyerası ilə bağlı qərarını verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi, növbəti mövsümün sonunda “şəhəlilər”dən ayrılacağını açıqlayıb:

“Mançester Siti”də son ilimi keçirəcəm və mövsümün sonunda burdan ayrılacam. Beləliklə, “Mançester Siti”də 10 ilimi tamamlamış olacam. Bu, inanılmaz bir müddətdir”.

Gələcək karyerası ilə bağlı danışan futbolçu, bunları deyib:

“Çində oynamağı düşünmürəm. Karyeramı “Las Palmas”da bitirmək istəyərəm, amma onlar hazırda La Liqada mübarizə aparmırlar. Nələr olacağını görəcəyik”.

İspaniyalı futbolçu, 2010-cu ildən “Mançester Siti”nin şərəfini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button