Ukraynalı futbolçu “Barselona”ya təklif edildi

“Mançester Siti”nin futbolçusu Oleksandr Zinçenko karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “şəhərlilər” 23 yaşlı futbolçunu “Barselona”ya təklif edib. Müdafiəçi axtarışında olan Kataloniya klubu bu təklifə müsbət yanaşır. “Barselona”nın Zinçenko üçün hələ ki, hərəkətə keçmədiyi bildirilir.

Ukraynalı futbolçunun transfer məbləği 25 milyon avro olaraq dəyərləndirilir. Onun “Mançester Siti”ylə müqaviləsi 2024-cü ildə başa çatır.